Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (30-04-2014, 17:49)
Azərbaycan və İsrail arasında protokol imzalandı

Elmar Məmmədyarov İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mediatv.az  Xarici İşlər Naziriliyinin saytına istinadən bildirir ki, görüş əsnasında Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir Elmar Məmmədyarov əlavə edib ki, münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib.

Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında Müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024