Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (25-04-2014, 18:47)
Hüseyn Dəryanın başdaşı halaldır, ya haram?

“İnsanların özlərinə dini adlar götürməsi kimi ölümündən sonra onu qəbir daşına yazdırması da islamda qəbul edilən deyil”

 

Bu sözləri “Axar.az”a ilahiyyatçı Elşad Miri mart ayının 15-də vəfat etmiş məşhur reper Hüseyn Dəryanın qəbir daşı üzərində yazılan məşhədi, kərbəlayi sözlərinə islam dininin münasibətinin necə olması barədə danışarkən dedi.

 

Onun sözlərinə görə, ümumiyyətlə, İslam dinində qəbir daşı qoydurmaq, üzərinə şəkil vurdurmaq günah kimi qəbul edilən anlayışlardı: “Bu şəxsi də sağlığında hamı Hüseyn Dərya kimi tanıyırdı və çağırırdı. Bircə dəfə də olsun eşitdinizmi ki, ona Məşhədi Hüseyn və ya Kərbəlayi Hüseyn desinlər? Bu insan vəfat edəndən sonra dinlə bağlılığı yada düşdü. İnsanların özlərinə belə adlar götürməsi kimi ölümündən sonra onu qəbir daşına  vurdurması da islamda qəbul edilən deyil”.

 

 

İlahiyyatçı deyir ki, İslamda dini titul deyilən bir anlayış yoxdur: “İnsanlar özlərinə nə qədər məşhədi, kərbəlayi kimi adlar götürsələr də, peyğəmbər dövründə bunların heç biri olmayıb. İslam dinində bircə Həcc ziyarəti var. Məhəmməd peyğəmbər o ziyarətə bircə dəfə gedib və heç vaxt da ona Hacı deməyiblər. Peyğəmbərimizin nə özünün, nə də yaxın ətrafı və səhabələrinin heç birinin adının qarşısında Hacı sözünü görə bilməzsiniz”.

 

Din bunu nə təsdiq, nə də inkar edir

 

Hacı Şahin isə bildirir ki, qəbir daşı üzərində dini titulun yazılmasının günah olub-olmaması ilə bağlı dində konkret göstəriş yoxdur:

 

“İnsanın qəbrinin tanınması üçün onun adı başdaşı üzərində yazılır. Əgər şəxs Kərbəla, Məşhəd ziyarətində olubsa, bunu qəbir daşının üzərində qeyd etdirməsinin bir eybi yoxdur. Din bunu nə təsdiq, nə də inkar edir. İnsan həqiqətən də müqəddəs ziyarətgahlarda olubsa, o həmin ziyarətə hörmət əlaməti olaraq bunun qəbir daşı üzərində yazdırılmasını vəsiyyət edə bilər. Ancaq ümumiyyətlə, dinin başdaşı üzərindəki yazı haqqında bir göstərişi yoxdur”.

 

Qeyd edək ki, mərhum reper Hüseyn Dərya martın 15-də avtomobil qəzasında dünyasını dəyişmişdi.  Dünən 40 mərasimi keçirilən reperin başdaşının üzərində “Məşhədi, Kərbəlayi Hüseyn Muradov Cahangir oğlu” yazılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024