Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (5-04-2014, 13:34)
Mehman Əliyev: “Kimsə kiməsə atacaq”

“Gizli məsləhətləşmələrlə nəyi gizlədirik, nə üçün Azərbaycan xalqının taleyi gizli çərçivədə həll edilməlidir? Bu səlahiyyəti kim verib, Azərbaycan xalqı? Hesab edirəm ki, hər şey açıq, şəffaf olmalıdır”


Bu barədə Milli Şura üzvü, siyasi ekspert  Mehman Əliyev Publika.Az-a açıqlamasında son günlər xarici təhlükə qarşısında müxalifətlə iqtidarın bir araya gəlməsi təkliflərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, cəmiyyət təhlükənin hardan gəldiyini bilməlidir: “Əgər nəsə gizli baş verirsə, deməli, kimsə kiməsə atacaq. Biz bunun kifayət qədər şahidi olmuşuq”.

M. Əliyev hesab edir ki, xarici təhlükələr qarşısında əvvəlcə daxili münasibətlər qaydaya düşməlidir: 

“Şəxsi, qrup maraqları dövlət maraqlarından üstün olmamalıdır. Hər şey qanun üstündə qurulmalıdır. Amma ölkədə bu məsələlər ətrafında problemlərin də olduğu məlumdur. 

Əgər bu gün xarici təhlükələr varsa və biz bunun qarşısı almaq haqda düşünürüksə, bəs daxili təhlükələrin qarşısı kim alacaq, bunu necə edək? Əgər bu gün bir araya gəlmək səsləndirilirsə, deməli təhlükə ciddidir və bunun üçün cəmiyyətin birliyi lazımdır ki, bu da münasibətlərin normal formasından keçir. Müxalifət partiyalarının xarici təhlükəyə- söhbət Rusiyadan gedir-münasibəti yetərincə sərtdir, aydındır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024