Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (1-04-2014, 18:43)
Əli Əhmədovun oğlunun toyu yarımçıq qaldı

Əli Əhmədovun oğlunun toyu yarımçıq qaldı

Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov bu günlərdə oğlu Orxan Əhmədova toy etməyə hazırlaşırmış. 

 

“Mediatv.az” xəbər verir ki, bu barədə “Axar.az”a prokurorluq orqanlarından məlumat verilib. Bildirilir ki, artıq toyun dəvətnamələri də paylanıb və bütün hazırlıqlar tamamlanıbmış. Mərasimin “Buta Palace”da keçirilməsi nəzərdə tutulubmuş.

Lakin dünən Ə.Əhmədova ağır faciə üz verib, qardaşı İsa Əhmədov qəflətən dünyasını dəyişib. Bu böyük kədər Ə.Əhmədova oğul toyunun sevincini yaşamağa imkan verməyib.

Hazırda toyun təxirə salınması məsələsi gündəmə gəlib. Başı hüzr mərasiminə qarışan Ə.Əhmədovun hansı qərarı verdiyi bilinmədiyindən, toya dəvət edilən qonaqlar da qərarsızdır.

 “Buta Palace” Şadlıq evindən “Axar.az”a bildirdilər ki, bu barədə hər hansı məlumatı mediaya açıqlaya bilməzlər.

 Qeyd edək ki, İcra katibinin oğlu O.Əhmədov Nəsimi Rayon Prokurorunun köməkçisi vəzifəsində işləyir.

Əli Əhmədova bir daha başsağlığı verir və bu ağır günlərində kədərini bölüşdüyümüzü bildiririk.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024