Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (13-02-2014, 13:47)
Azərbaycanda qiymətlər bahalaşıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1 faiz bahalaşıb

 

Birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1 faiz, buğdanın 0,3 faiz ucuzlaşıb, xiyarın 10,4 faiz, pomidorun 1,1 faiz, baş kələmin 0,4 faiz, quru otun 1,9 faiz, yoncanın 2,9 faiz, noxud dəninin 0,7 faiz, lobya dəninin 0,2 faiz, kartofun istehsalçı qiyməti isə 0,7 faiz bahalaşıb.
 
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1 faiz, naringinin 9,3 faiz, heyvanın 6,9 faiz, narın 2,9 faiz, limonun 1,0 faiz, alma və portağalın 0,4 faiz, qoz-fındığın istehsalçı qiyməti isə 3,4 faiz bahalaşıb. 
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,8 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 4,5 faiz, cavan camışların 1,0 faiz, təbii balın istehsalçı qiyməti 0,4 faiz bahalaşıb, quş ətinin (diri çəkidə) 0,7 faiz, diri qoyun və keçilərin 4,1 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5 faiz ucuzlaşıb.
2015-ci ilin yanvar ayında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4 faiz çox əmtəə satılıb. Satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar ayı ilə müqayisədə 3,8 faiz bəndi artıb. 
Cari ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96,0 faizini qeyri-ərzaq malları təşkil edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024