Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (6-03-2014, 15:06)
Zabelin “Azəriqaz” və Səhiyyə Nazirliyinə qarşı

 

“Mən indi Lökbatanda hadisə yerindəyəm. Burada vəziyyət yaxşıdır”.

 

PİA.Az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilmiş deputat Mixail Zabelin deyib.
Deputat Lökbatanda dünən baş verən hadisə ilə bağlı  cəmi  40 nəfərin zəhərləndiyini qeyd edib: “Onlara da təcili tibbi yardım maşınları kömək edib. Hamısı evdədir. Bir nəfər isə vəfat edib. Səhiyyə Nazirliyinin 115 nəfərin zəhərləndiyi haqda məlumatı düz deyil. Hadisə ilə bağlı Prokurorluqda cinayət işi açılıb.  Mən Qaradağ rayon icra başçısı ilə, prokurorluq nümayəndləri ilə də bu məsələ barədə danışmışam. Hər halda “Azəriqaz” düz etmədi. Qaza o iyli maddəni çox vurdu. Qoy prokurorluq məsələni araşdırsın”
PİA.Az xatırladır ki, Qaradağ rayonunun, o cümlədən Lökbatan qəsəbəsinin sakinləri tez-tez mətbuatda Mixail Zabelinin ünvanına tənqidi fikirlər deyir və lazım olanda dərdlərini danışmaq üçün onu tapa bilmədiklərini söyləyirlər. Ancaq indi... Görünür, cənab deputatın, necə deyərlər, üzə çıxması üçün nəsə fövqəladə bir hadisə baş  verməliymiş...
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024